ONN İnformasiya Agentliyi

Taxta bazarındakı yanğından geriyə qalanlar – FOTO/VİDEO

Taxta bazarındakı yanğından geriyə qalanlar – FOTO/VİDEO
23 Avqust 2019 - 14:07

ONN media xəbər verir ki, ötən gün Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu yaxınlığındakı tikinti materialları bazarında yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən altı ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub.

İki yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib.

İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Oxu.Az-ın əməkdaşları bu gün taxta bazarına baş çəkib, dəymiş ziyanla maraqlanıblar.

Əvvəlki görünüşündən əsər-əlamət qalmayan bazarda sahibkarlar yanmış mallarını təmizləyirdilər.

Sahibkar Orxan Abbasovun sözlərinə görə, yanğın onun obyektinin yaxınlığında başlayıb:

“Dəyəri 300 min manatdan artıq olan taxta yanıb. Hər şey göz qabağındadır”.

O.Abbasov kompensasiya ilə bağlı yardım ediləcəyinə ümid edir.

Yanğına elektrik xətlərindəki qısaqapanmanın səbəb olduğu deyilir.

Beləliklə, taxta bazarındakı yanğından geriyə qalanlar:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Taxta bazarındakı yanğından geriyə qalanlar – FOTO/VİDEO
Taxta bazarındakı yanğından geriyə qalanlar – FOTO/VİDEO
Taxta bazarındakı yanğından geriyə qalanlar – FOTO/VİDEO
Taxta bazarındakı yanğından geriyə qalanlar – FOTO/VİDEO
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png