ONN İnformasiya Agentliyi

Tbilisidə Azərbaycan-Gürcüstan əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

Tbilisidə Azərbaycan-Gürcüstan əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib
26 Dekabr 2017 - 21:48

Dekabrın 26-da Tiflisdə Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 25-ci ildönümünə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan konsert təşkil edilib.

ONN media xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Səfir Dursun Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışıb. O, müstəqillik illərində, xüsusilə də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze çıxışında əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regional inkişafımızda və dünyada mövqelərimizin möhkəmlənməsindəki rolunu qeyd edib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin kollektivi gürcü və azərbaycanlı tamaşaçılar qarşısında çıxış edib. Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mahir Məmmədov, Mehparə Cəfərova və başqaları Azərbaycan mahnılarını və beynəlxalq klassik musiqiləri ifa ediblər.

Konsertdə Gürcüstanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan şirkətlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png