ONN İnformasiya Agentliyi

“Teleqüllə”nin ətrafında vəziyyət nə yerdədir? – SON VƏZİYYƏT – VİDEO

“Teleqüllə”nin ətrafında vəziyyət nə yerdədir? – SON VƏZİYYƏT – VİDEO
02 Fevral 2018 - 22:25

Bayıl yamacında sürüşmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yoxlamaları davam edir. Nəticələr ərazidə vəziyyətin stabilləşdiyini göstərir.

ONN media bildirir ki, ölçmə işlərinə əsasən aktivlik müşahidə edilmir. Dünən ərazidə buruq-qazma isləri tamamlanib, laborator analizlər verilib. Eyni zamanda Yaponiyadan gələn cihazlar da həmin ərazidə yerləşdirilib.

Hər gün Bayıl yamacında günün müxtəlif saatlarında əraziyə baxış keçirilir. İstinad divarı və mayaklarda çatın yaranıb-yaranmadığı araşdırılır. Mütəxəsislər deyir ki, bundan sonra da hansısa aktivliyin yaranacağı ehtimalı azdır

Təhlükəli ərazilərin əhatə dairəsi, topoqrafik xəritələri hazırlanıb.Yaxın günlərdə yekun nəticələr nazirliyin aidiyyəti orqanlarına təqdim ediləcək. Müvəqqəti olaraq kirayə evlərə köçürülən sakinlərin öz mənzillərinə nə zaman qayıdacağı ilə bağlı yerli icra strukturları qərar verəcəklər. /xezerxeber.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png