ONN İnformasiya Agentliyi

Teleqüllə ətrafındakı sürüşmə ərazisində SON DURUM

Teleqüllə ətrafındakı sürüşmə ərazisində SON DURUM
25 Yanvar 2018 - 11:53

Hazırda bizim əməkdaşlarımızla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə araşdırmaları davam etdirir.

Bu barədə ONN media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, çatlarda və prosesdə artım müşahidə edilir:

“Dövlət tərəfindən də müvafiq tapşırıqlar verilib, işlər aparılır, qabaqlayıcı tədbirlər də görüləcək. Bu prosesi bir gündə öyrənmək mümkün deyil. Bayıl yamacında sürüşmə ilə bağlı ədəbiyyatda ilk məlumat 1847-ci ildə qeyd olunub. Həmin vaxt ərazidə insan amili də yox idi və yamac da bu qədər kəsilməmişdi. Bəlkə də, ilk sürüşmə ondan da tez olub. Bununla yanaşı müxtəlif dövrlərdə zaman-zaman bu cür sürüşmə qeydə alınıb. Sonuncu dəfə 2000-ci ildə ərazidə sürüşmə olmuşdu, Əbədi məşəlin önündə 35 metr ərazidə şaquli çökmə prosesi qeydə alınmışdı. Neftçilər prospektində asfalt örtük 200 metr hissədə qabarma müşahidə edilmişdi”.

Ə.Qaralov onu da vurğulayıb ki, bu gün Teleqüllə ətrafında baş verən sürüşmə sahəsi ilə bağlı atlas hazırlanıb:

“Həmin atlas Nazirlər Kabineti tərəfindən 2015-ci ildə 56 nömrəli qərarla təsdiq edilib. Atlasda sürüşmə sahələrinin coğrafi koordinatları var ki, bura sürüşməyə meyilli təhlükəli ərazidir. Ərazidə hər hansı tikintinin aparılmasının qəti qadağan edilməsi təklif edilib. Bu günə mövcud olan sürüşmə sahələrinin hamısının konturları və coğrafi koordinatları üzərində göstərilir. Həmin ərazidə istər kommunikasiya xətləri, istərsə də hər hansı yaşayış məntəqəsi inşa edilərkən Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı olmalıdır. Təəssüflər olsun ki, bu vaxta kimi heç bir layihə ilə bağlı bizə müraciət edilməyib. Nəticə də belə olub”.

Ə.Qaralovun sözlərinə görə, artıq ərazidə yeni mayaklar qoyulub, bu gün artım olub-olmaması ilə bağlı gün ərzində məlumat olacaq:

“Mövcud vəziyyətlə bağlı Nazirlər Kabinetinə rəy təqdim ediləcək. Evlərə də baxış keçirdik, bəzilərində çatlar var idi. Sürüşməyə meylli ərazidə dayanıqlıq itib”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png