ONN İnformasiya Agentliyi

Tiflis sərhədimizdəki atışma ilə bağlı istintaq başlatdı

Tiflis sərhədimizdəki atışma ilə bağlı istintaq başlatdı
11 Dekabr 2019 - 13:35

Gürcüstan-Azərbaycan sərhədində baş verən insidentlə bağlı istintaq aparılır.

ONN media xəbər verir ki, bunu Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O, bu cür halların xoşagəlməz olduğunu deyib:

“Hazırda xəsarət alan şəxsin həyatına heç bir təhlükə yoxdur”.

Nazir müavini məsələ ilə bağlı indiki mərhələdə əlavə şərhin verilməsinə ehtiyacın olmadığını qeyd edib.

Dekabrın 6-da Gürcüstan vətəndaşı olan soydaşımız Ramin Bəşirov öz qoyun sürüləri ilə sərhədi keçərkən insident yaşanıb. Çoban itlərinə qarşı məcburiyyətdən tətbiq edilən silahdan açılan atəş soydaşımıza dəyib. O, xəstəxanaya yerləşdirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png