Tikinti obyektləri buna görə cərimələnəcək

Tikinti obyektləri qazpaylayıcı şəbəkəyə qoşulmaya görə ödəniş edəcəklər.

ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqləyi “Qaz təchizatı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşir. Belə ki, bu, Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Həmçinin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (Qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş ediləcək