ONN İnformasiya Agentliyi

Tofiq Yaqublu azadlığa çıxdı

Tofiq Yaqublu azadlığa çıxdı
22 Yanvar 2023 - 10:15

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.

ONN media xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunmuşdu. O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png