ONN İnformasiya Agentliyi

Toy etmək istəyənlərə PİS XƏBƏR

Toy etmək istəyənlərə PİS XƏBƏR
17 Aprel 2023 - 22:23

2023-cü ilin mart ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 67,4 faiz azalıb.

ONN media xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Məlumata görə, bunun əsas səbəbi mart ayının 22-dən etibarən Ramazan ayının başlaması və bayram günlərinin sayının çox olması ilə bağlıdır.

Bununla yanaşı şadlıq saraylarında mart ayında qiymətlər 8,4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət artımı daha çox olub – 11,4 faiz.

Qiyməti 40-80 manat olan menyuların qiyməti 7,6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6,3 faiz artım qeydə alınıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png