ONN İnformasiya Agentliyi

Toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar – Sədrdən dəhşətli etiraf

Toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar – Sədrdən dəhşətli etiraf
22 Yanvar 2020 - 12:09

“Son istifadə tarixi keçmiş toyuq ətini daha ucuz qiymətə antisanitar yerlərə satırlar. Əgər toyuq əti bakteriyaya məruz qalıbsa, o zaman onu xlorla yuyub, daha sonra dönər hazırlayırlar”.

ONN media bildirir ki, bunu UDOFED ( Beynəlxalq Dönər Federasiyası) sədri Mehmet Mercan açıqlayıb.

O, toyuq dönərindən zəhərlənmələrin səbəbini də izah edib:

“Şişə keçirilmiş dönərin 12 saat ərzində, yəni səhər saat 12-dən gecə 12-dək davamlı olaraq bişirilməsi toyuğun bakteriya yuvasına dönməsinə və zəhərlənmələrin sayının artmasına səbəb olur. Toyuqların kəsildikdən sonra dönərxanalarda saxlanma müddət yalnız 4-5 gündür. Türkiyədə qida təhlükəsizliyi ilə bağlı yeni qanunlar qüvəyə mindikdən sonra dönər sahəsində də ciddi dəyişikliklər olacaq. Belə ki, şişə keçirilmiş dönərin hər 6 saatdan bir dəyişdirilməsi tələb olunacaq”. (yenisabah.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png