ONN İnformasiya Agentliyi

Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?

Tozlu hava şəraiti nə vaxtadək davam edəcək?
16 Mart 2024 - 13:56

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, dünən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan ONN media-ya verilən məlumata görə, havada tozun miqdarı 1,7-1,9 dəfə normadan artıqdır.

“Buna səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır. Tozlu hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi və sinoptik şəraitlə əlaqədar gecə saatlarında norma daxilinə düşəcəyi gözlənilir”, – deyə bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png