Turan Araşdırma Mərkəzi – Ağdamda

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Turan Araşdırma Mərkəzi” İB “Vətən yaşasın” adlı sənədli filmin çəkilişlərini davam etdirir.

ONN media TAM – ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bilman İshaqdan aldığı məlumata əsasən bildirir ki, sənədli filmin çəkilişləri əvvəlcədə planlaşdırıldığı kimin Ağdam işğal altında olmayan ərazisində davam etdirilir.

Bu dəfə ki qəhrəman, keçmiş döyüşçü Şamama Quliyevadır. Cəsur qadın döyüşçü əslən Ağdam rayonunun hal-hazırda düşmən işğalında qalan Saybalı kəndindəndir. Ermənistanın Azərbaycana qarşı başladığı təcavüzün ilk günlərindən könüllü olaraq cəbhəyə yollanan cəsarətli azərbaycan qadınıdır.

Xatırladaq ki, film vətənpərvərlik mövzusundadır. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızdan bəhs edir.

Eyni zamanda, TAM tərəfindən ikinçi sənədli filmin də çəkilişləri aparılır. Bu film də vətənpərvərlik mövzusundadır. Bu barədə daha geniş məlumatın veriləcəyini bildirən Bilman İshaq həmin filmin TAM-ın qalib gəlmiş layihəyə əlavə töhfə kimin hazırlandığını bildirib.

Növbəti çəkilişlər Tərtər və Goranboyda aparılacaq.