ONN İnformasiya Agentliyi

Turan Araşdırma Mərkəzi – Tovuzda

Turan Araşdırma Mərkəzi – Tovuzda
18 Sentyabr 2020 - 11:33

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən olan “Turan Araşdırma Mərkəzi” İB “Vətən yaşasın” adlı sənədli filmin  növbəti çəkilişlərini  davam etdirir.

ONN media TAM – ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bilman İshaqdan aldığı məlumata əsasən bildirir ki, sənədli filmin növbəti çəkilişləri  Tovuzun Əlibəyli kəndində davam etdirilir.

Sənədli filmin bu  dəfə ki  qəhramanı,  Elnarə Şahmalıyevadır. 2011 -ci  ildə  Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanmışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png