ONN İnformasiya Agentliyi

Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!

Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!
12 Sentyabr 2019 - 16:30

Sosial şəbəkələrdə Türkiyə Hava Yollarının pulsuz bilet paylaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

ONN media xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının mətbuat katibi Yəhya Üstün Tvitter səhifəsində məlumat paylaşıb.

“Sosial media platformalarında ”100-cü ildönümümüzü qeyd edir və hər kəsə 2 pulsuz bilet veririk” başlığı ilə THY tərəfindən təşkil olunmuş kimi görünən və qurum adından hədiyyə bilet təklif edən saxta anket məlumatlarının yayıldığı təsbit edilib”, – qurum sözçüsü bildirib.

Qeyd edək ki, THY-nın pulsuz bilet verməsi ilə bağlı link Türkiyədə olduğu kimi, Azərbaycanda da Votsap və digər sosial şəbəkələr vasitəsilə paylaşılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png