ONN İnformasiya Agentliyi

Türk toyunda Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı – FOTOLAR

Türk toyunda Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı – FOTOLAR
13 Noyabr 2017 - 10:11

Türkiyənin Çorum bölgəsində yaşayan Onur Temiz internetlə tanış olduğu azərbaycanlı Leyla Əlizadə ilə kənddə özlərinə toy edib.

ONN media xəbər verir ki,internet vasitəsi ilə tanış olan Onur Temiz ilə Azərbaycanda yaşayan Leyla Əlizadə bir müddət görüşdükdən sonra evlənməyə qərar verib. Ailələrini internetdən kamera vasitəsilə tanış edən gənclər rəsmi işlərini də tamamladıqdan sonra ailə həyatı qurub.Türk toyunda Azərbaycan və Türkiyə bayraqları yan-yana asıldı - FOTOLAR

Üyük kəndində təşkil edilən toyda həyətin qapısına “Bir millət, iki dövlət” şüarı altında Türkiyə və Azərbaycan bayraqları asılıb.

Azərbaycanlı gəlin Leyla Əlizadə ” Evlənməyə qərar verdikdən sonra Çorumdakı toy adətlərini araşdırmağa başladım. Toyun keçiriləcəyi evin qapısından bayrağın asılacağını öyrənəndə, Azərbaycan bayrağının da asılmasını istədim” deyə müxbirə bildirib.

Onur Temiz isə “İki ayrı ölkə olsaq da bir millətik, eyni dildə danışırıq” deyə qeyd edib. A24.az

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png