ONN İnformasiya Agentliyi

Türkiyə-Azərbaycan Universiteti harda yerləşəcək?

Türkiyə-Azərbaycan Universiteti harda yerləşəcək?
21 Fevral 2024 - 15:52

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.

ONN media xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Müşavir bildirib ki, hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq:”İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır”.

Onun sözlərinə görə, ixtisas sayı gələcək üçün artırılacaq:

“Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında müqavilələr imzalandıqca daha detallı məlumat vermək mümkün olacaq. Türkiyə tərəfi akademik dəstək verəcək. İnzibati məsələlər isə Azərbaycan tərəfindən həll ediləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png