ONN İnformasiya Agentliyi

Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub (FOTO)

Türkiyədə Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub (FOTO)
25 Noyabr 2017 - 1:13

Türkiyənin Uşak Universitetində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yubiley tədbiri Azərbaycanlı tələbələrin, “Uniaktif” Tələbə Klubunun və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un təşkilatçılığı və İNDEX – Azərbaycan insan kapitalı və inkişaf mərkəzinin maliyyə dəstəyi ilə baş tutub.

Tədbirə Uşak Universitetinin rektoru, professor Sayın Dalkıran, rektorun köməkçisi, professor Saim Savaş, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Aşıq Səlahəddin Dündar, yazıçı-tədqiqatçı Songül Dündar, azərbaycanlı və yerli tələbələr, diaspor təşkilatlarının nümayəndələri qatılıb.

Yubileyin əsas təşkilatçılarından olan Uşak Universitetinin azərbaycanlı tələbəsi Ramin Seyidov qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb, Molla Pənah Vaqif haqqında məlumat verib.

Sonra Universitetinin rektoru Sayın Dalkıran, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, tədqiqatçı-yazçıçı Songül Dündar , Uniaktif tələbə klubunun sədri Fərid Dəliqan, azərbaycanlı tələbələr Orxan Həsənli, Rüstəm Rüstəmov, Nigar Axundova, Əfsanə Yusibova, Gunel Məmmədova, Orxan Əkbərli çıxış ediblər. Çıxış edənlər Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dövlət xadimi kimi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, TÜRKSOY 2017-ci ili Molla Pənah Vaqif ili elan etdiyi üçün böyük şairin 300 illik yubileyi bütün türk dünyasında qeyd olunub.

Yubiley tədbiri çərçivəsində akademik, millət vəkili Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının və Azərbaycan Milli Kitabxanası tərəfindən tərtib olunmuş “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı keçirilib. Sonra “Yeni Türkiyə” Klubunun sədri Bilal Türkcan və onun müavini Ömər Doğru Vaqifin şeirlərini səsləndirib, Aşıq Səlahəddin Dündar isə şairin şeirlərini sazla ifa edib.

Sonda qonaqlara hədiyyələr və Molla Pənah Vaqif haqqında kitablar təqdim edilib.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png