ONN İnformasiya Agentliyi

Ucuz aviabilet nə vaxt almaq olar?

Ucuz aviabilet nə vaxt almaq olar?
02 İyul 2022 - 8:41

Vinogradov.story səyahət bloqunun müəllifi Vladimir Vinoqradov MIR24 telekanalına müsahibəsində ən münasib qiymətə aviabiletləri necə əldə etməyin yollarını açıqlayıb.

 Səyahətçinin sözlərinə görə, indi “qabaqcadan bilet al” qaydası tətbiq edilmir, çünki daşıma qiymətləri, qapalı/açıq ölkələr haqqında məlumatlar daim dəyişir. Lakin bilet almaq üçün həftənin müəyyən günlərini seçmək məsləhəti hələ də aktualdır.

“Aviabiletlərə gəldikdə, bir qayda hələ də qüvvədədir – yəni onların qiymətinin həftənin günündən asılılığı. Ən sərfəli təkliflər çərşənbə axşamı və çərşənbə günləri, ən bahalı aviabiletlər isə həftə sonları satılır”, – deyə ekspert bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png