ONN İnformasiya Agentliyi

Ukraynaya kütləvi hücum: Azərbaycanlılar həlak oldular

Ukraynaya kütləvi hücum: Azərbaycanlılar həlak oldular
19 Aprel 2023 - 14:51

Ukraynada müharibə davam edir.

ONN media bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Odessa şəhəri uzun fasilədən sonra yenidən hücuma məruz qalıb. Məlumata görə, Rusiya Silahlı Qüvvələri Qara dəniz və Krım istiqamətindən şəhərə kütləvi dron hücumu təşkil edib.

O da qeyd edilib ki, Rusiya Ordusu Donetskin Avdeyevka və Baxmut şəhərlərinə hücumu daha da gücləndirib:

“Hücumlar zamanı Donetskdə həmyerlilərimiz də zərər çəkib. Nicat Həşimovun Toretsk şəhərindəki evi mərmi zərbələrindən tamamilə yararsız hala düşüb. Həmçinin bir müddətdir itkin düşən Hüseyn Mərdanovun meyiti tapılıb”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png