ONN İnformasiya Agentliyi

Ümrə ziyarəti səfəri bir aylıq ləğv olunub

Ümrə ziyarəti səfəri bir aylıq ləğv olunub
23 Yanvar 2018 - 15:56

Yanvar ayında kiçik Həcc ziyarəti (Ümrə) üçün Azərbaycanda nəzərdə tutulan səfər ləğv olunub.

ONN media xəbər verir ki, bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, növbəti qrupun səfəri fevralın 4-ü başlayacaq: “40-50 nəfərlik həmin qrup fevralın 13-də Azərbaycana qayıdacaq”.

QMİ rəsmisi əlavə edib ki, digər qrupun gedişi mart ayı üçün planlaşdırılır.

Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox uzuclaşıb. 

Ümrə ziyarətinin 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə yekunlaşır. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png