ONN İnformasiya Agentliyi

Uşaq bağçaları qızılcaya görə dezinfeksiya olunurmu? – RƏSMİ AÇIQLAMA

Uşaq bağçaları qızılcaya görə dezinfeksiya olunurmu? – RƏSMİ AÇIQLAMA
06 Dekabr 2023 - 16:21

Ölkədə qızılca ilə bağlı vəziyyət təhlükəli hal alır. Bakı daxil olmaqla rayonlarda qızılcalı xəstələrin sayının artması müşahidə olunur. Yoluxma, əsasən, ümumtəhsil məktəblərində və universitetlərdə baş verir. Ölkədə bir neçə azyaşlı xəstəliyin ağırlaşması səbəbindən vəfat edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağ rayonu ərazisində yerləşən 195 saylı tam orta məktəbin ibtidai siniflərində dekabrın birindən distant tədrisə keçilib.

Distant təhsilə keçilməyən məktəblərdə isə valideynlər övladlarını məktəbə buraxmırlar. Eyni hal uşaq bağçaları üçün də keçərlidir. Valideynlər sosial şəbəkədə durumdan narahat olduqlarını və övladlarını bağçaya göndərməkdən imtina etdiklərini qeyd ediblər.

Elm və təhsil naziri Emin Əmrullayevin tapşırığına əsasən, ümumtəhsil müəssisələrdə ötən həftədən dezinfeksiya işlərinin aparılmasına başlanılıb və artıq məktəblər dezinfeksiya olunur.

Bəs uşaq bağçaları dezinfeksiya olunurmu?

Məsələ ilə bağlı Bizim.media-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Zenfira Sevdimalı qızılca ilə bağlı məlumat daxil olan müəssisələrin dezinfeksiya olunduğunu deyib:

“Bizə ötən həftə qızılca ilə bağlı xeyli sayda müraciət daxil olub. Bu müraciətlərin də böyük bir hissəsinin cavabı aidiyyəti qurumlardadır. Biz bunun səhiyyə yox, məktəb tərəfiyik.

İstər ümumtəhsil, istərsə də məktəbəqədər müəssisələr olsun, harada qızılcaya yoluxma halı aşkarlanırsa, orada dezinfeksiya işləri aparılır. Bizim öhdəmizə düşən budur, bununla bağlı regional idarələrə məlumat verilib. Bu, sadəcə, qabaqlayıcı tədbirlərdir”.

Qurum rəsmisi dezinfeksiya ilə yanaşı, peyvəndlənməni də vacib sayıb:

“İndiki mərhələdə qarşısının alınması ilə bağlı deyilə biləcək söz peyvəndlənmənin tövsiyəsidir. Biz onu tövsiyə edirik ki, səhhətlərində problem yaranan uşaqlar məktəbə getməsin, təmas minimuma endirilsin və peyvənd olunsunlar”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png