ONN İnformasiya Agentliyi

Vəzifə istəyənlərin nəzərinə! – Bu şərt nəzərə alınacaq

Vəzifə istəyənlərin nəzərinə! – Bu şərt nəzərə alınacaq
08 Yanvar 2018 - 21:32

Peşə təhsili müəssisələrində çalışan işçilərin innovasiya və sahibkarlıq fəaliyyətinin nəticələri onların vəzifəyə seçilməsində və ya təyin olunmasında nəzərə alınacaq.

ONN media-nın məlumatına görə, bu, yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, peşə təhsili müəssisələrinin maliyyələşdirilmə yollarından biri də onların innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdir.

Peşə təhsili müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə peşə təhsili sisteminin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir. Peşə təhsili müəssisəsinin işçiləri müəssisənin fəaliyyətini təkmilləşdirmək, yeni təlim texnologiyaları tətbiq etmək, innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png