ONN İnformasiya Agentliyi

Vəfat edən zərərçəkmişin yaxın qohumları olmadıqda ONUN HÜQUQLARINI VƏKİL MÜDAFİƏ EDƏCƏK

Vəfat edən zərərçəkmişin yaxın qohumları olmadıqda ONUN HÜQUQLARINI VƏKİL MÜDAFİƏ EDƏCƏK
15 Noyabr 2017 - 14:58
Azərbaycanda vəfat edən zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda onun hüquqları vəkil tərəfindən müdafiə olunacaq.
ONN media-nın məlumatına görə, bununla bağlı Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilir.
Məcəllənin 87-ci (Zərərçəkmiş şəxs) maddəsinə yeni bənd əlavə edilir. Bənddə deyilir: “Ölmüş zərərçəkmiş şəxsin yaxın qohumları olmadıqda və ya bu məcəllənin 106.2-ci (Zərərçəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərərçəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz) maddəsinə əsasən hüququ varis hesab edilə bilmədikdə zərərçəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir”.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png