ONN İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidinin adına bulaq açıldı

Vətən müharibəsi şəhidinin adına bulaq açıldı
11 Oktyabr 2021 - 18:17

Oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində Vətən Müharibəsi şəhidi Vaqif Mərdanovun doğum günü münasibətilə adına bulaq açılıb.

ONN media xəbər verir ki, açılış mərasimində şəhidin ailə üzvləri, icra nümayəndələri, ictimai xadimlər, o cümlədən qəsəbə sakinləri tərəfindən şəhidin əziz xatirəsi yad edilib.

Mərasim zamanı şəhidin ailəsinə “Füzulinin azad olunmasına görə” medalı təqdim edilib. Bulağın açılışından sonra şəhidin məzarı Vətən Müharibəsinin qaziləri, eyni zamanda şəhidin döyüş yoldaşları və digər qonaqlar tərəfindən ziyarət edilib, daha sonra şəhidin evində yas mərasimi keçirilib.

Qeyd edək ki, 10 oktyabr 2001-ci ildə dünyaya gələn Vaqif Mərdanov 3 noyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhid Vaqif Mərdanov eyni zamanda “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png