ONN İnformasiya Agentliyi

Vaksinlə bağlı əhaliyə çağırış

Vaksinlə bağlı əhaliyə çağırış
18 Yanvar 2023 - 17:31

İnsanlar rahatlıqla öz yaşayış məntəqələrinə yaxın Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edərək heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər.

ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, risk qrupuna daxil olanların peyvənd olunması şərtidir:

“Ölkəyə (İİV 4) inaktiv qrip peyvəndi gətirilərək bütün poliklinikalara paylanılıb, risk qrupunda olan insanlar əvvəllər peyvənd etməyiblərsə, fevral ayına qədər peyvənd vurdura bilərlər.

Qrip əsasən oktyabr ayından başlayaraq, dekabr ayında artan və hər il aprel-may aylarını da əhatə edən dövrdə aktiv görülür. Bu səbəbdən qrip peyvəndi hər il oktyabr ayından başlayaraq vurulmalıdır.

Bununla yanaşı, qripdən qorunmaq üçün tez-tez əl yumaq, sağlam qidalanma və mövsümə uyğun geyinmək kimi şəxsi ehtiyat tədbirləri ilə yanaşı, xüsusilə peyvənd risk altında olan insanlar üçün ən təsirli qorunma üsuludur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png