ONN İnformasiya Agentliyi

Van Damm nəhayət ki, Qəbələyə “gəldi”, yanında özündən də məşhur biri var

Van Damm nəhayət ki, Qəbələyə “gəldi”, yanında özündən də məşhur biri var
17 Yanvar 2020 - 20:52

Qəbələnin Vəndam qəsəbəsində tanınmış aktyor Jan Klod Van Damma çoxdan söz verilən heykəl axır ki, qoyulub. Vəndam qəsəbəsində məşhur aktyora abidə qoyulmasının əsas məqsədi rayona səfər edən turistlərin kəndin adı ilə cox maraqlanmaları olub.

Bundan əlavə, rayonun giriş hissəsi sayılan qəsəbədə heykəllə yanaşı informasiya lövhəsi, kənd məhsullarından ibarət satış mağazaları, rayonun tanıtımı və Qəbələdə istehsal olunan bütün məhsulların ən ucuz satış məntəqəsi fəaliyyət göstərəcək. Yaradılmış bu ərazinin rəsmi adı isə Gabalalove informasiya məntəqəsidir. Məntəqə rayon mərkəzindən 14 km uzaqlıqda İsmayıllı yolunun üstündə inşa edilib.

Abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Maraqlısı odur ki, Van Damm bu ərazidə heykəli qoyulan yeganə məşhur deyil. “Apple” şirkətinin qurucusu Stiv Cobs da Vəndama “gəlib”.

Qeyd edək ki, Belçika əsilli amerikalı aktyor, rejissor, ssenarist və idmançı Jan Klod Van Damm karate və kikboksinqlə peşəkar məşğul olub, bundan əlavə, bir sıra döyüş filmlərinə çəkilib. Bu il aktyorun 60 illiyi qeyd olunacaq və onun Qəbələyə səfəri nəzərdə tutulub.(SputnikAzərbaycan)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png