ONN media

Vasif Talıbov sərəncam imzaladı

Vasif Talıbov sərəncam imzaladı
20 May 2019 - 21:30

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ONN media xəbər verir ki, sərəncam Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 min manat, Bəstəkarlar Təşkilatına 20 min manat, Dövlət Film Fonduna 15 min manat, Aşıqlar Birliyinə 15 min manat və Memarlar Birliyinə 12 min manat ayrılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png