ONN İnformasiya Agentliyi

Vasif Talıbov üçün həkim göndərildi- NƏ BAŞ VERİR?

Vasif Talıbov üçün həkim göndərildi- NƏ BAŞ VERİR?
19 Yanvar 2023 - 14:23

Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.

ONN media xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.

Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gedib.

Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.

Başqa bir məlumatda isə Talıbovun hər iki övladının – Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png