Vasif Talıbova böyük zərbə

Son günlər Naxçıvan Muxtar Respublikasının NTV kanalında Muxtar Respublika Ali Məclisinin sabiq sədri Vasif Talıbovun əməlləri ilə bağlı tənqidi verilişlər yayımlanır. Bu verilişlər əsasən Naxçıvanda Talıbovlar tərəfindən tətbiq edilən qadağalar və sosial problemlərlə bağlıdır.

ONN media xəbər verir ki, daha bir maraqlı məqam Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli ilə bağlıdır.

Belə ki, kiçik araşdırma zamanı Sahil Tahirlinin Vasif Talıbovun tərifinə həsr etdiyi yazıları sosial şəbəkə səhifələrindən sildiyi məlum olub.

Bundan başqa, o, Naxçıvandakı rəhbər dəyişikliyindən sonra Feysbuk və İnstaqram sosial şəbəkə hesabından Vasif Talıbovla olan bütün şəkillərini də silib.