Vasif Talıbovun general yeznəsi nələri açıb danışdı?

“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənın fikirlər isə absurddur”.

ONN media xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr müavini olmuş general Səbuhi Novruzov deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.

Əməkdaşımızla söhbətində yaş həddi ilə bağlı hazırda təqaüdə çıxdığını deyən Səbuhi Novruzov evində olduğunu bildirib: 

”Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olunmuş faktlara aidiyyətim yoxdur. Çünki həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”.