Vergilər Nazirliyində YENİ TƏYİNAT

Azərbaycan Mərkəzi Bankı sədrinin keçmiş müavini Xəqani Abdullayev vergilər nazirinin müşaviri təyin olunub.

ONN media bildirir ki, bunu Trend-ə X.Abdullayev özü təsdiq edib.

O qeyd edib ki, yanvarın 8-dən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, X.Abdullayev ötən ilin sentyabrında Mərkəzi Bankdakı vəzifəsini öz xahişi ilə tərk etmişdi.

Qeyd edək ki, ötən ilin sonundan vergilər nazirinin daha bir müşaviri Camal Qasımov təyin olunmuşdu.