ONN İnformasiya Agentliyi

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Vilayət Eyvazovdan YENİ TƏYİNAT
21 Avqust 2019 - 18:15

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsi ilə bağlı əmr imzalayıb.

ONN media  Qafqazinfo-a istinadla xəbər verir ki, sözügedən vəzifənin icrası polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğluna tapşırılıb.

O, buna qədər sözügedən idarədə inspektor vəzifəsində çalışıb.

Qeyd edək ki, bunadək Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsini uzun illər yol polisinin əsas simalarından biri olmuş polis polkovniki Müşfiq Rəhimov icra edib. O, avqustun 13-də öz raportuna əsasən, vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png