“WhatsApp”dan gözlənilən funksiya

"WhatsApp" messencerinin son yenilənmiş versiyasında "Göndərilmiş məktub" işarəsi peyda olub.

ONN media bildirir ki, bu funksiya başqa istifadəçilərdən göndərilmiş mesajları müşayiət etməyə imkan verəcək:

"Bu əlavə informasiya fərdi və qrup çatlarında daha yaxşı hərəkət etməyinizə kömək göstərəcək. Bu nişanə sayəsində öyrənəcəksiniz ki, sizə göndərilmiş mesaj həqiqətən dostunuz və ya yaxınınız tərəfindən yazılıb, yoxsa onlar sizə başqası tərəfindən yazılmış mesajı göndəriblər?" – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu ay "WhatsApp"da kanal yaratmaq funksiyası da istifadəyə verilib. Daha əvvəl eyni funksiyanı yalnız "Telegram" təklif edirdi.