ONN İnformasiya Agentliyi

“Whatsapp”dan YENİLİK

“Whatsapp”dan YENİLİK
30 Noyabr 2018 - 8:52

“Whatsapp” messencerinin növbəti yeniləməsində audiomesajlar funksiyasında ciddi dəyişikliklər gözlənilir. Məsələn, istifadəçilər bir neçə audiomesajı bir mesaj kimi dinləmək imkanına malik olacaq.

ONN media “İKTnyus”a istinadən xəbər verir ki, bunun üçün ən birinci audiomesajın üzərinə sıxmaq kifayətdir, bundan sonra digər audiomesajlar da avtomatik səsləndiriləcək. İndi artıq bəzi telefonlarda işləyən bu funksiya tezliklə bütün istifadəçilərə əlçatan olacaq.

“Whatsapp” – mobil və digər platformalar üçün mətn mesajları ilə ani mübadilə, səsli və görüntülü ünsiyyət üçün populyar pulsuz sistemdir. 2014-cü ildə “Facebook” şirkəti “Vatsap”ı satın alıb və indi onun sahibidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png