Xəzərdəki suitilərdə quş qripi aşkarlandı

Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib ki, ötən ilin dekabrında ölən və Xəzər dənizinin Dağıstan sahillərinə atılan suitilərdə quş qripi aşkarlanıb .

ONN media xəbər verir ki, Ə.Hacıyevin sözlərinə görə, dekabr ayında sahildə tapılan heyvanların bionümunələrində aparılan tədqiqatların ilk nəticələrinə görə, quş qripi aşkar edilib.

O qeyd edib ki, araşdırmalar davam edir. Amma dəqiq deyə bilərik ki, virus aşkarlanıb.

Onun sözlərinə görə, 2022-ci ilin yazının sonunda quş qripinin H5N1 ştamından vəhşi quşların (əsasən Qarabaş qağayının) kütləvi ölümü qeydə alınıb