ONN media

Xəzərin üstündən körpü olacaq?

Xəzərin üstündən körpü olacaq?
10 Oktyabr 2019 - 12:50

Xəzər dənizinin üstündən Azərbaycanla Türkmənistanı birləşdirən nəqliyyat körpüsünün inşası mümkündür.

ONN media xəbər verir ki, bu təklifi millət vəkili Qüdrət Həsənquliyev gündəmə gətirib. Onun sözlərinə görə, bu layihə bir çoxlarına fantastik görünür:

“Amma Çinin “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində Xəzər dənizi üzərindən Azərbaycanı Türkmənistanla birləşdirəcək avtomobil və dəmir yolu çəkilişi məsələsini aktuallaşdırmaq olar. Bu istiqamətdə Xəzərin eni 196 km, dərinliyi isə ortalama 200 metrdir. Süni adalar yaratmaqla bunu etmək olar. Çinin bu sahədə böyük təcrübəsi var. Avropa İttifaqı, Çin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan bu layihəyə investisiya qoya bilər. Siyasi baxımdan layihənin əhəmiyyəti çox böyükdür. Heç bir ekoloji problem yaratmır. Texniki baxımdan gerçəkləşdirmək mümkündür. Qalır iqtisadi səmərəlilik məsələsi. Hər halda mütəxəssisləri bu ideyanın müzakirəsinə cəlb etmək lazımdır”, – deyə millət vəkili əlavə edib.

Q.Həsənquliyev həmçinin vurğulayıb ki, Rusiya Transxəzər kəmərlərin çəkilməsinə cəlb edilə bilər:

“Rusiya payçı qismində çıxış etməklə yanaşı, həmin kəmərlərin çəkilişini də həyata keçirə bilər. Rusiya Qara dənizdə və Baltik dənizində belə layihələr həyata keçirir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png