ONN İnformasiya Agentliyi

Xalq artisti Vaqif Əsədovla vida mərasimi başa çatıb – YENİLƏNİB

Xalq artisti Vaqif Əsədovla vida mərasimi başa çatıb – YENİLƏNİB
20 May 2022 - 12:10

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla vida mərasimi başa çatıb. 

Mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər V.Əsədovla bağlı xatirələrini bölüşüblər, onun teatr və kino sahəsindəki xidmətlərindən danışıblar. 

Mərhum Bakının “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

***

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədovla vida mərasimi başlayıb.

Mərasim mərhumun yaşadığı ünvanda keçirilir.

Mərasimdə V.Əsədovun sənət dostları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq.

Qeyd edək ki, V.Əsədov mayın 19-da 75 yaşında vəfat edib.

Xatırladaq ki, Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrının yaradılmasına nail olub.

1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 1978-ci ildə “Azərbaycan SSR əməkdar artisti”, 2006-cı ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adına layiq görülüb.

10 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png