Xalq artistinin il mərasimi keçiriləcək

Sabah Təzə Pir məscidində xalq artisti Ağaxan Abdullayevin il mərasimi keçiriləcək.

ONN media xəbər verir ki, Bu barədə sənətkarın qardaşı oğlu Vəlixan Abdullayev Kult.az-a məlumat verib.

O, saat 10:00-da Türkan qəsəbə məzarlığında mərhumun qəbrini ziyarət edəcəklərini, 11:00-da isə il mərasiminin başlayacağını bildirib.

Qeyd edək ki, xalq artisti Ağaxan Abdullayev 2016-cı il dekarbın 25-də xərçəng xəstəliyindən vəfat edib.