ONN İnformasiya Agentliyi

Xalq artistləri işdən çıxarılıb? – AÇIQLAMA

Xalq artistləri işdən çıxarılıb? – AÇIQLAMA
17 Sentyabr 2019 - 11:56

Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Ötkəm İsgəndərov, Nadir Xasıyev və ümumilikdə 30 müəllimin Mədəniyyət və İncəsənət Universitetindən qovulması barədə məlumat yayılıb. İddia olunub ki, müəllimlər incidilib və öz ərizələri ilə universitetdən getməyə məcbur edilib.

Mədəniyyət və İncəsənət Universitetin mətbuat xidməti şöbəsindən ONN media-ya verilən verilən məlumata görə, xəbər həqiqəti əks etdirmir və heç bir müəllim işdən çıxarılmayıb.

Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən şəxslərlə əlaqə saxladıq.

Xalq artisti Azər Zeynalov məlumatı təkzib edib və əlavə edib ki, işdən təxminən 3 il əvvəl işdən çıxıb: “Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi yeni kafedra yaradırdı, məni kafedra rəhbəri kimi işə dəvət etmişdi. Odur ki, özüm ərizə yazıb universitetdən getdim və Konservatoriyada çalışmağa başladım”.

Xalq artisti Valeh Kərimov də qeyd edib ki, o, 5 il əvvəl işdən yaşı ilə əlaqədar ayrılıb: “Yalan söhbətdir, bunu niyə indi yazıblar, hardan yadlarına düşüb. Yaşıma görə işdən çıxmışam. Adları çəkilən bir çox Xalq artistləri də məndən əvvəl işdən çıxıb. Sadəcə panika yaradırlar”.

Qeyd edək ki, bu barədə ilkin informasiyanı BakPost yayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png