ONN İnformasiya Agentliyi

Xocalı soyqırımı Hindistan mediasında

Xocalı soyqırımı Hindistan mediasında
25 Yanvar 2018 - 19:36

Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal, araşdırmaçı Mehman İbrahimov Hindistan mediasında Xocalı soyqırımı və Qarabağ haqqında məqalə ilə çıxış edib.

Bu barədə məlumata ONN media-ya diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib

Bu günlərdə İvane Javaxişvili adına Tiflis Dövlət Universitetinin sosiologiya və politologiya fakültəsinin tələbəsi Mehman İbrahimovun Ermənistanın Xocalıda törətdiyi soyqırımı aktı ilə bağlı məqaləsi malaylam dilində Hindistanın thejasnews saytında geniş və ətraflı çap olunub.

Məqalədə 20 ildən çoxdur ki, davam edən Ermənistanın işğalçılıq siyasəti, 1 milyondan çox azərbaycanlı qaçqının məcburi köçkün vəziyyətinə yaşaması öz əksini tapıb.

Məqaləni ingilis dilindən malaylam dilinə hindistanlı jurnalist, “Thejas”(İşıq) qəzetinin əməkdaşı Sidheeq Kapan çevirib.

Qeyd edək ki, Malayam dili əsasən Hindistanın Kerala əyalətində danışılan dildir. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpaqlarında rəsmi dildir. Dravid dillərinə aiddir. Hazırda 35 milyon nəfər bu dildə danışır.

Məqalə ilə ətraflı tanışmaq olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

http://www.thejasnews.com/%E0%B4%A4%E0%B5%86%E0%B4%95%E0%B5%8D%E0%B4%95%E0%B5%81%E0%B4%95%E0%B4%BF%E0%B4%B4%E0%B4%95%E0%B5%8D%E0%B4%95%E0%B4%A8%E0%B5%8D%E2%80%8D-%E0%B4%AF%E0%B5%82%E0%B4%B1%E0%B5%8B%E0%B4%AA%E0%B5%8D%E0%B4%AA.html/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png