ONN İnformasiya Agentliyi

Xocalıda musiqi məktəbində silah aşkarlandı

Xocalıda musiqi məktəbində silah aşkarlandı
05 Fevral 2024 - 10:28

Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb.

Bu barədə ONN media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd PK markalı pulemyot, 3 ədəd RPQ-7 qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd MUXA markalı qumbaraatan, 10 PK markalı pulemyot sandığı, 1 ədəd PK markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədə6d F1 əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd M-75 əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png