ONN İnformasiya Agentliyi

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Yağıntılı hava nə vaxta kimi davam edəcək?
02 Aprel 2023 - 12:26

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 2-si gündüzdən tədricən kəsiləcək, ayın 3-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə ONN media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Qeyd edək ki, aprelin 2-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, aprelin 1-i gündüzdən qərb küləyi tədricən mülayimləşib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png