Yağış yağacaq, külək əsəcək – Sabahın HAVASI

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
ONN media