Yanğın baş verən yataqxanada tələbələr yaşayır?

Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

“FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, – nazirlikdən vurğulanıb.

Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınla mübarizə tədbirləri davam etdirilir.