ONN İnformasiya Agentliyi

Yanğın necə baş verdi?- Hadisə şahidi danışdı

Yanğın necə baş verdi?- Hadisə şahidi danışdı
18 Yanvar 2024 - 8:14

Ötən gün yanğının baş verdiyi Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında 11 məcburi köçkün ailəsi məskunlaşıb.

ONN media xəbər verir ki, bu barədə Report-a sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib.

O qeyd edib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidiilib. Bundan sonra yanğın başlayıb.

S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlumat verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 1 radələrində söndürülüb. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.

Qeyd edək ki, binada Qubadlıdan məcburi köçkün düşmüş 7 ailə, Laçın və Cəbrayıldan 4 ailə (hər rayondan 2 ailə) məskunlaşıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png