ONN İnformasiya Agentliyi

Yanğın zamanı onlar öz qəhrəmanlığı ilə fərqləndi

Yanğın zamanı onlar öz qəhrəmanlığı ilə fərqləndi
05 Aprel 2018 - 18:35

ONN media xəbər verir ki, aprelin 3-də saat 13:00 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki “Gilavar” sanatoriyasında məcburi köçkün Səidə Səfərovanın qaldığı mənzildə yanğın baş verib.

Həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları dərhal tüstünün qalxdığını görüb, hadisə yerinə gəliblər. Rəhbərliyə müvafiq məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülənə qədər qonşuluqda yaşayan digər vətəndaşlar tüstüdən zəhərlənmək təhlükəsi ilə üz-üzə qalmışdılar. Hadisə zamanı binada olan 23 nəfər polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə təxliyə edilmişlər. 0nlardan 8 nəfər Bakı şəhər 1 saylı klinik xəstəxanaya yerləşdirilmişdir.

Sakinlərin təhlükəsizliyinin təmin edilməsində polis serjantları Elmar Hüseynov, Əli Dadaşov, Zəka Kərimov, Afəddin Nəbiyev, Siyavuş Abbasov, Zöhrab Salmanov xüsusilə fərqləniblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png