ONN İnformasiya Agentliyi

Yeni doğulmuş körpələrini küçəyə atan qadınları hansı cəza gözləyir? 

Yeni doğulmuş körpələrini küçəyə atan qadınları hansı cəza gözləyir? 
29 Noyabr 2023 - 11:51

Bir neçə gün əvvəl Sumqayıt şəhərində anası tərəfindən küçəyə atılmış körpə xəstəxanada vəfat edib.

ONN media xəbər verir ki, doğulduqdan dərhal sonra anasının imtina etdiyi körpə 7 ay xəstəxanada saxlanılsa da, orada dünyasını dəyişib. Baş vermiş bu hadisə bir çox suallar yaradıb.

Bəs öz körpəsini küçəyə atan insanlar hansı məsuliyyəti daşıyırlar? Köməksiz vəziyyətdə qalan körpə dünyasını dəyişsə və ya sağlamlığı pozulsa, onun valideynini və ya küçəyə atan digər şəxsi hansı cəza gözləyir?

Əslində buna bənzər hadisələr ilk dəfə olmadığından cəzalandırmalara da az şahidlik etməmişik. Bu ilin yanvarında Masazır qəsəbəsində yenicə dünyaya gətirdiyi körpəsini 5-ci mərtəbədən asfalt yola atan 1994-cü il təvəllüdlü T.Əkbərova onu qətlə yetirməkdə təqsirli bilinib. Qadın Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirli bilinib. Övladını öldürən anaya 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib, üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Həmçinin təyin edilmiş vaxtlarda yaşadığı yeri tərk etməməsi, yaşayış yerini özbaşına dəyişməməsi kimi vəzifələr üzərinə qoyulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png