ONN İnformasiya Agentliyi

Yeni illə bağlı XƏBƏRDARLIQ

Yeni illə bağlı XƏBƏRDARLIQ
11 Dekabr 2023 - 8:13

Polis əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə səbəb olan pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışı onların həyat və sağlamlıqları üçün olduqca təhlükəlidir.

ONN media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O bildirib ki, vətəndaşlar da bu işdə polisə dəstək olmalıdırlar.

”Sədərək” TN-in mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim isə deyib ki, sahibkarlara obyekt icarəyə verilərkən müqavilə bağlanır. Müqavilədə qeyd edilir ki, qanunla satışı qadağan edilən maddə və vasitələrin satışı aparıla bilməz.

Qeyd edək ki, pirotexniki vasitələrin satışını təşkil edərsə, mallar müsadirə edilməklə, fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1650-2200, hüquqi şəxslər isə 4000-5000 manata qədər inzibati qaydada cərimə edilirlər

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png