ONN İnformasiya Agentliyi

Yeni yaradılan yol ayrıcı sürücülər üçün qəza şəraiti yaradır – VİDEO

Yeni yaradılan yol ayrıcı sürücülər üçün qəza şəraiti yaradır – VİDEO
18 Noyabr 2017 - 9:42
Paytaxtda çəkilən yeni yol sürücülər üçün qəza vəziyyəti yaradır. Buna səbəb ərazidə quraşdırılan işiqforlar istifadəyə verilmədən yolun açılmasıdır.
ONN media Xəzərxəbər-ə istinadən xəbər verir ki, yolda yeni yol ayrıcı yaradılsa da, buranı kəsib keçmək mümkün deyil. Çünki ərazidə quraşdırılan işıqforlar işləmir.
Söhbət paytaxtın Xətai rayonunda yeni salınan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindən gedir. Burada yeni salınan yolda düzünə hərəkətin mümkün olduqunu göstərən yol nişanları çəkilsə də, Nobel prospektində hər hansı nişan qoyulmayıb. Üstəlik, işıqforlarda buranın tənizmlənməyən yol ayrıcı olduğunu göstərir. Yəni, bulvar istiqamətindən gələn sürücülərə Nobel prospektini kəsib keçməyə icazə verilir. Bunu etmək isə ərazidə potensial qəza vəziyəti yaradır.
Sürücülərin sözlərinə görə, bir neçə günə kimi bu yolda beton maneələrə olub, onlar götürüldükdən sonra bu problem yaranıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, əraziyə qısa zamanda baxış keçiriləcək və yaranan problemin aradan qaldırılması istiqamətində işlər görəcək. Bu zamana kimi sürücülərin həmin yol ayrıcından istifadə etməsi tövsiyə olunmur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png