ONN İnformasiya Agentliyi

Yol polisi sürücüləri diqqətli olmağa çağırdı – Xəbərdarlıq

Yol polisi sürücüləri diqqətli olmağa çağırdı – Xəbərdarlıq
10 Yanvar 2018 - 16:51

DYP yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücülər yola çıxarkən hava şəraitini nəzərə almalıdırlar. 

"Harada ki, hava yağmurlu keçir, sulu qar yağır, həmin ərazilərdə sürücülər diqqətli olsunlar. Ara məsafəsinin saxlanılmasına diqqət etmək lazmdır. Nəzərə alınmalıdır ki, yolda sürüşmə ola bilər. Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər, qışa tam hazırlıqlı olsunlar" , – deyə DYP rəsmisi vurğulayıb.

Qeyd edək ki, son günlər hava şəraiti qeyri-sabit keçir.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png