ONN İnformasiya Agentliyi

Zəlzələ zamanı xəsarət alanlar arasında azərbaycanlı var?- Rəsmi

Zəlzələ zamanı xəsarət alanlar arasında azərbaycanlı var?- Rəsmi
06 Fevral 2023 - 11:59

“Türkiyədə zəlzələdə xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur”.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Zəlzələdə xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması ilə bağlı araşdırma aparılır”, – XİN rəsmisi bildirib.

Qeyd edək ki, ötən gecə Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb, 1710 nəfər dağıntılar altında qalıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png